Rusiyanın heyvan mənşəli məhsul istehsalçıları Azərbaycan bazarına çıxmaq istəyirlər. “Rosselxoznadzor” lazımi yoxlamaların keçirilməsi üçün həmkarlarına müvafiq müraciət göndərəcək.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat katibi Yuliya Melano məlumat verib.
“Söhbət Azərbaycana heyvan mənşəli məhsulların tədarükündən gedir. Rusiya şirkətlərinin müvafiq marağı var, “Rosselxoznadzor” isə bu imkanları təmin etməyə hazırdır”, - o deyib.