Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda dənizin üzərindən yeni körpü – Foto
Abşeron yarımadasını Pirallahı adası ilə birləşdirən körpüdə tikinti işlərinin əksər hissəsi başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Day.Az-a Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, körpü 10 ədəd dayaqdan və 9 ədəd aşırmadan ibarət olacaq:
“Bütün dayaqlar artıq tikilib. Sahil bərkitmə işlərinin 35-40%-i tamamlanıb. Yalnız körpünün aşırmalarının quraşdırılması qalıb”.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar