Paytaxtın Ziya Bünyadov prospektindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında inşa olunan yerüstü keçidin tikinti işləri başa çatdırılıb.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
P.Mürsəliyev qeyd edib ki, hazırda keçiddə son tamamlanma işləri həyata keçirilir:
“Keçidin uzunluğu 60 m, eni 3 m, yerdən hündürlüyü 6 m-dir. 2 giriş-çıxışdan ibarət olan keçiddə izləyici kameralar, havalandırma sistemi, xidmət otaqları nəzərdə tutulub”. (Trend).