Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 107,9 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox yük, 867,6 milyon nəfər və ya 5,8 faiz çox sərnişin daşınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin 2,4 faizi dəmir yolu nəqliyyatı, 57,1 faizi avtomobil nəqliyyatı, 4,5 faizi dəniz nəqliyyatı, 29,0 faizi boru kəmərləri ilə, sərnişinlərin 87,3 faizi avtomobil, 12,5 faizi metropolitenlə daşınıb”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az