Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda yeni tikililərdə qiymətlər qalxıb - CƏDVƏL
Avqust ayında yeni tikililərdə orta qiymətlər bahalaşıb.
Bunu Oxu.Az-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
N.İbrahimov qeyd edib ki, hazırda yeni tikilidə 1 kv.m mənzilin orta qiyməti 1204 manat təşkil edir.
O ki qaldı otaqların sayı üzrə mənzillərin kvadratmetrinin qiymətlərinə, aşağıdakı kimi dəyişib:
Mənzillər üzrə otaqların sayı
| 1 Kv.m üzrə orta qiymət
|
Orta qiymət | 708 $
|
1 otaqlı mənzil
| 908 $
|
2 otaqlı mənzil
| 907 $
|
3 otaqlı mənzil
| 950 $
|
4 + otaqlı mənzil
| 1086 $
|
Ekspert deyir ki, avqust ayında iyul ayı ilə müqayisədə bazarda aktivlik müəyyən qədər artıb:
“İyul ayı ilə müqayisədə avqust ayında bazarda aktivlik 3-4% artıb. Bununla belə, aktivlik çox aşağıdır. Sentyabr-oktyabr aylarında qiymətlərdə, eləcə də, bazarda əməliyyatlarının sayında dəyişikliklər olacaq”.
N.İbrahimov ölkədə mənzil tikintisinə də toxunub. Qeyd edib ki, ilin əvvəlində tikinti şirkətləri bazarda aktiv iştirak etsələr də, ilin ikinci yarısından tikintinin artım tempi aşağı düşüb:
“İlin əvvəlində ay ərzində 3-4 yeni binanın təməli qoyulurdu. Yayda bina tikintisi aylıq 1-2 binaya düşüb”.
Leyla Əliyeva
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək