Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan: Türk millətini əsir almaq istəyirlər - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqa müraciət edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident xalqı təbrik edib.
O, son günlərin ən aktual mövzusu olan dolların yüksəlişinə də münasibət bildirib.
“15 iyulda keçmişdən gələcəyə qurduğumuz körpünü və coğrafiyamızdakı min illik varlığımızı canımız bahasına qorumaq qərarlılığımızı bir daha göstərdik.
İqtisadiyyatımıza yönəlmiş hücumun birbaşa azanımıza və bayrağımıza yönəlmiş hücumdan heç bir fərqi yoxdur. Məqsəd eynidir. Məqsəd Türkiyəni və türk millətini sındırmaq, əsir almaqdır. Biz boynumuza boyunduruq vurulmaqdansa, boynunun vurulmasını üstün tutan millətik.
Terror təşkilatları ilə, içimizdəki xəyanətkarlarla, min bir hiylə ilə çökdürə bilmədikləri Türkiyəni valyuta kursları ilə məğlub edəcəyini sananlar yanıldıqlarını çox yaxında görəcəklər. Ölkəmiz bunun öhdəsindən gələcək gücə, imkana, dəyanətə sahibdir”, - Ərdoğan bildirib.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Putin Ərdoğanla beynəlxalq vəziyyəti müzakirə edib
- Rəcəb Tayyib Ərdoğan: "Dövlət Bağçalı ilə aramızda heç bir fikir ayrılığı yoxdur"
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
- "Haber Global": "Türkiyənin COP29-dakı stendi böyük diqqət çəkir"
- Ərdoğan G20 liderlərinin sammiti üçün Braziliyaya gedir
Rəylər