Bu gün saat 13:00-dək Bakının Nərimanov, saat 18:00-dək Qobustan, Xətai və Sabunçu, saat 11:00-dan 14:00-dək Yasamal, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təbii qazın verilişində fasilələr qaz nəqli sistemində qaz tənzimləyici və qızdırıcı qurğuların quraşdırılması, qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi, qaz kəmərlərinin kipliyə yoxlanılması, istismara yararsız xətlərin ləğv olunması, mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədardır.