Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 17:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.