Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Bakıya Fransadan dünyanın ən müasir, gözəl avtobusları gətiriləcək. Gələn ilin mayına qədər bu avtobusların şəhərin mərkəzi küçələrində xəttə buraxılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı meri Hacıbala Abutalıbov bildirib.
Merin sözlərinə görə, avtobusların gətirilməsi ilə əlaqədar Fransa prezidenti Fransua Ollandın mayın 11-12-də Azərbaycana baş tutacaq səfəri çərçivəsində müqavilə imzalanacaq.
“Həmin avtobuslar Bakının bütün ərazisində işləyəcək. Çünki çox rahatdır. Hətta əlillərin istifadəsi üçün də şərait var. Gediş haqqı tam avtomat şəraitində ödəniləcək, pul birbaşa banka köçürüləcək”.
Elvin Əhmədov
www.oxu.az