Bakının mərkəzində iki iri yeraltı dayanacaq kompleksi (Azadlıq meydanı və “Qış parkı”ndakı-red.) idarəetməyə veriləcək.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı”nda deyilir.
Hazırda Bakı şəhər İcra Hakimiyyətinə məxsus yeraltı dayanacaq komplekslərindən biri Səbail rayonu, Azadlıq meydanında, digəri isə Nəsimi rayonu, Füzuli küçəsində yerləşir.
U.A.
www.oxu.az