Dünyanın aparıcı neft istehsalçılarından olan BP 2016-cı ildə İraqın neft istehsalında ciddi artım görmür.
Oxu.Az Milliyyət-ə istinadən xəbər verir ki, BP-nin Yaxın Şərq üzrə rəhbəri Michael Townshend belə hesab edir.

O, İraqın neft istehsalında 2015-ci ildə tutduğu güclü artımın 2016-cı ildə davam etdirilməsinin mümkün olmadığını vurğulayıb.
BP-nin Yaxın Şərq üzrə rəhbəri M.Townshend etdiyi şərhdə, “Gələcək il istehsalda böyük bir artım görmək çətindir”, - deyə bildirib.
Townshend həmçinin, BP olaraq neft qiymətinin gələcək 2-3 ildə 60 dollar/barel ətrafında qalmağa davam edəcəyi proqnozunu da verib.
Ülviyyə R. Əli
www.oxu.az