British Petroleum (BP) şirkəti Bakı-Supsa kəmərinin müəyyən hissəsinin modernizasiyası və ekoloji standartların yaxşılaşdırılmasına 150 mln. dollar sərmayə yatıracaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcüstan dəmir yolları”nın rəhbəri Mamuka Baxtadze BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşünün yekununda bildirib.
Baxtadze deyib ki, Bakı-Supsa neft kəmərinin istismar dövrü ərzində kəmərin bir sıra hissələrinin modernizasiyası lazım olub və BP şirkəti bu prosesə 150 milyon dollar sərmayə yatırmaq qərarına gəlib, bu isə çox pozitiv amildir.
Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Robert Dadli ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin görüşü Davos Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.
Bakı-Supsa neft kəməri (Qərb İxrac boru kəməri) 1999-cu ilin aprelində istifadəyə verilib. Uzunluğu 829 km olan kəmərin 368 km-i Gürcüstan ərazisindən keçir.