“Bravo” hipermarketi, tamamilə yeni alış-veriş təcrübəsi, aprelin 6-da, saat 08:00-da Əhmədli ərazisində qapılarını öz müştərilərinə açacaq.
Olduqca geniş, 8000 kv.m-lik ərazisi, 40000 məhsul növü və 800 avtomobillik inanılmaz dərəcədə geniş dayanacağı ilə seçilən “Bravo” hipermarketi sevimli müştərilərinə bu dəfə alış-verişdə, sözün əsl mənasında, hiper imkanlar yaradacaq.
“Bravo” yerli və xarici, keyfiyyətli və təravətli ərzaq məhsulları ilə yanaşı, qeyri-ərzaq mallarının geniş çeşidini aşağı qiymətə təklif edəcək. Pərakəndə satış üzrə dünyaca məşhur brendlər hesab olunan İngiltərənin “Waitrose” və Fransanın “Casino” məhsullarının eksklüziv seçim imkanını da məhz “Bravo” hipermarketindən əldə etmək mümkün olacaq.
Hipermarket formatı özü ilə başqa nə yeniliklər gətirəcək:
- Genişləndirilmiş təravətli meyvə və tərəvəz məhsulları bölməsi
- Dondurulmuş məhsul çeşidlərinin artırılması
- Şərab və spirtli içkilərdə daha çox seçim imkanı
- Daha geniş çeşiddə məişət əşyaları
- Daha böyük ət, dəniz məhsulları, qastronomiya, un və qənnadı məhsulları bölmələri
- Yeni idman məhsulları bölməsi
- Daha böyük dəftərxana ləvazimatları və oyuncaq bölməsi
- Genişləndirilmiş çeşiddə kosmetika, şəxs iqulluq və gigiyena bölmələri
- Qadın, kişi və uşaqlar üçün əsas geyim çeşidləri
- Daha da zəngin körpə qidası və qulluq vasitələri seçimi
- Geniş çeşiddə tekstil məhsulları
- Tamamilə yeni bağ və bağçılıq məhsulları bölməsi
- Yeni kiçik mebel və mebel aksessuarları
- Böyük və kiçik məişət texnikası
- Tamamilə yeni elektrik və əl alətləri bölməsi
Onu da qeyd edək ki, hipermarket həftənin 7 günü, səhər saat 8-dən gecə saat 12-dək fəaliyyət göstərəcək və “Əhmədli” metro stansiyası ilə “Bravo” hipermarketi arasında xüsusi müasir avtobus reysləri həyata keçiriləcək.
Odur ki, yeni “Bravo” hipermarketində alış-veriş etməkdən xüsusi zövq almağa tələsin!
“Bravo” hipermarketi aprelin 6-dan Əhmədlidə!
Bakı, Əhmədli qəsəbəsi
(keçmiş Radio zavod)
Bazar ertəsi – Bazar / saat 08:00 – 00:00
Bizi sosial media hesablarımızda izləyin və son məlumatlardan xəbərdar olun.

U.A.
www.oxu.az