Paytaxtda qadına qarşı 180 min manatlıq dələduzluq edilib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü S.Muradova hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiyini deyib.
Qadın bildirib ki, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayınadək 1987-ci il təvəllüdlü N.Nəsirov onu aldadaraq 180 min manat pulunu alıb və indiyədək qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az