Londonun ICE birjasında may ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2022-ci ilin iyunun 17-dən bəri ilk dəfə bir barel üçün 119 dolları keçib.
Oxu.Az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 06:30-a olan məlumata görə, neftin qiyməti bir barel üçün 119.36 dollardan (+28.77%) satılıb.
Saat 06:35-ə qədər artım yavaşıyıb və neftin qiyməti 117.8 dollar (+27.09%) səviyyəsində olub.
Londonun ICE birjasında may ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərsinin qiyməti təxminən 20% artıb.
Oxu.Az-ın məlumatına görə, bunu birja məlumatları təsdiq edir.
Bakı vaxtı ilə saat 02:15-ə olan məlumata görə, neftin qiyməti 5 iyul 2022-ci ildən bəri ilk dəfə 111 dollar həddini keçərək bir barrel üçün 111.4 dollar səviyyəsində satılıb (+19,37).
Qısa müddət sonra neftin dəyəri artım tempini azaldaraq barrel üçün 108.23 dollar səviyyəsində qərarlaşıb (+15,98%).