Dünya bazarında Brent markalı neftin qiyməti yenidən 50 dollardan aşağı düşüb.
Oxu.Az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 12:06-a olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,75% ucuzlaşaraq bir barelə görə 49,99 dollar olub.
WTI markalı neftin qiyməti isə 1,69% azalaraq bir barelə görə 47,70 dollar təşkil edib.
09:00
Dünya bazarlarında neftin qiyməti kəskin bahalaşmadan sonra yenidən cüzi ucuzlaşıb.
Oxu.Az hərracların nəticələrinə istinadən xəbər verir ki, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,47% ucuzlaşaraq bir barelə görə 50,13 dollar olub.
WTI markalı neftin qiyməti isə 1,15% azalaraq bir barelə görə 47,96 dollar təşkil edib.
Qeyd edək ki, neftin qiymətləri 4 illik ən uzun yüksəlişdən sonra, qlobal bazarda neft ehtiyatlarının bolluğu şəraitində İraqın ixracatını artırması və Nigeriyada hərbiçilərin ölkədə qarşıdurmaların başa çatmasını elan etməsində sonra dəyər itirib.
Ülviyyə R. Əli
www.oxu.az