Dünya bazarlarında neftin qiyməti bahalaşır.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,30% artaraq bir barelə görə 56,40 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,24% bahalaşaraq 53,53 dollara satılıb.
U.A.
www.oxu.az