Qlobal bazarda "Brent" markalı neftin bahalaşması müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.01 dollar (0.01%) artaraq bir barel üçün 90.75 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 6.65 dollar (7.9%) bahalaşaraq bir barel üçün 90.74 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.67 dollar (0.79%) ucuzlaşaraq bir barel üçün 84.79 dollar olub.