ABŞ hərbçilərinin iyulun 30-u gecə saatlarında İran ərazisinə endirdiyi zərbələr genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması kimi qiymətləndirilməməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələri vurğulayır ki, son hücumlar əvvəlkilərlə müqayisədə daha güclü olsa da, bu, böyükhəcmli döyüş əməliyyatlarına qayıdışa işarə etmir.
Qeyd edək ki, ABŞ-nin İrana son hücumları iyulun 30-na keçən baş verib. Zərbələr nəticəsində SEPAH-a məxsus onlarla obyekt, o cümlədən hərbi komanda məntəqələri, raket və dronların yerləşdirildiyi mövqelər, sahil nəzarəti və müdafiə sistemləri, eləcə də hərbi dəniz qüvvələrinin infrastrukturu sıradan çıxarılıb.