2015-ci ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 298 min 159 ton Azərbaycan nefti nəql olunub. Bu da 2015-ci ilin iyul ayının göstəricisindən 315 min 891 ton azdır.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Cari ilin yanvar-avqust aylarında bu kəmərlə 19 milyon 157 min 662 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 282 milyon 982 min 359 ton neft vurulub.
2015-ci ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 347 min 50 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.
Bundan əlavə, 2015-ci ilin avqust ayı ərzində 2 milyon 205 min 834 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 880 min 458 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir).
Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 18 milyon 898 min 796 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 280 milyon 837 min 886 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb
Onu da əlavə edək ki, 2015-ci ilin iyul ayı ərzində 2 milyon 382 min 65 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdı.
Ülviyyə R. Əli
www.oxu.az