Altıncı turda əsas diqqət lider lövhələrdə idi.
Oxu.Az xəbər verir ki, turnirin favoriti Kşiştof Duda (Polşa) Ermənistandan olan rəqibi Karen Qriqoryan ilə oynayıb.
Amma sonda Duda rəqibin müqavimətini qıraraq, holland Yorden Van Forest ilə bərabər turnir cədvəlinin lideri oldu, onların hərəsinin 6 oyundan 5 xalı var.
Digər holland Bencamin Bok ikinci lövhədə Ülvi Bacaraninin müqavimətini qırmağa cəhd edib, amma fransız müdafiəsi öz möhkəmliyini göstərdi və rəqiblər endşpildə sülh bağladılar.
Onların hərəsinin 4,5 xalı var, eyni xal K.Qriqoryanda və alman Matias Blüebaumdadır.
Nicat Abbasov türk Ufut Sezana Arata qalib gələrək 4 xal ilə siyahıda liderləri izləyir.
Misrəddin İskəndərov cari turda qələbə qazanıb, o, Qazaxıstandan olan Çingiz Serikbaya qalib gəlib. Onun 6 oyundan 3 xalı var.
Qızların oyunları uğurlu keçib.
Günay Məmmədzadə rusiyalı Aleksandra Makarenkaya qalib gəlib, sabah isə turnirin lideri olan Jansay Abdulmalik (Qazaxıstan) ilə görüşəcək, şahmatçımız ondan 1,5 xal geridədir.
Səbinə İbrahimova rumıniyalı şahmatçı Andrea-Kristina Novretosku ilə heç-heçə oynayıb.
Səbinənin 4 xalı var.
Əmrayeva Aytənin 3 xalı, Ülviyyə Fətəliyevanın isə 2,5 xalı var.