2015-ci ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 815 ton Azərbaycan nefti nəql olunub. Bu da aprel ayının göstəricisindən 49 273 min ton çoxdur.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkət ( SOCAR)-dan bildirilib.
SOCAR bildirir ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 11 milyon 946 min 559 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyun ayının 1-ə qədər BTC-yə 275 milyon 771 min 491 ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin may ayında BTC kəməri ilə 482 min 622 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.
Ülviyyə R. Əli
www.oxu.az