2015-ci ilin may ayı ərzində 2 milyon 473 min 865 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu da aprel ayının göstəricilərindən 96.527 min ton çoxdur.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən ( SOCAR) bildirilib.
SOCAR bildirir ki, bu həcmin 1 milyon 432 min 206 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 milyon 713 min 260 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyun ayının 1-ə qədər Ceyhan limanından 273 milyon 652 min 350 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Ülviyyə R. Əli
www.oxu.az