ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1.14 dollar artaraq 63.21 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.91 dollar bahalaşaraq 58.97 dollar təşkil edib.
Xatırladaq ki, ekspertlər bildirirlər ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) neft hasilat kvotasını sabit saxlaması haqqında dünənki qərarı bazara informativ təsir göstərib.
Ülviyyə R. Əli
www.oxu.az