Bu gün Bakının Binəqədi, Xətai, Nərimanov, Xəzər, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a bildirilib.
“Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 315 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yanvarın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi, Xətai, Nərimanov, Xəzər və Abşeron rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”, - deyə qurumdan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az