Bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın əmək bazarı ilə bağlı statistik məlumatlar açıqlanacaq. Hansı ki, bunun da dünya birjalarında dolların aparıcı valyutalara olan qiymətlərində böyük hərəkətliliyə gətirib çıxaracağı irəli sürülür.
Oxu.Az İnvest-Az-a istinadən xəbər verir ki, işsizlik və qeyri-kənd təsərrüfatı sahələrində yaradılan yeni iş yerlərinin (NFP) sayı ilə bağlı bu məlumatlar iyun ayının 14-də açıqlanacaq, FES-in faiz qərarında önəmli rol oynayacaq.
Amerikada işsizlik səviyyəsi 4,4% olmaqla, son 16 ilin minimum səviyyəsindədir. May ayı ərzində yaradılan yeni iş yerlərinin sayının 185 min olması proqnozlaşdırılır. Aprel ayında isə həmin göstərici 211 min idi.
Amerikanın əmək bazarında internet texnologiyaları sahəsində ixtisaslaşan kommersiya təşkilatının cümə axşamı açıqladığı məlumatlara görə, may ayı ərzində əlavə olaraq 253 min yeni iş yerləri yaradılıb. Beləliklə, bu gün açıqlanacaq NFP göstəricisi aprel ayının göstəricisini üstələyərsə, bu, foreks bazarlarında dolların 1%-ə kimi bahalaşmasına səbəb ola bilər. Eyni zamanda, əmək haqlarında artım da FES-in inflyasiya gözləntiləri fonunda investorların diqqət mərkəzindədir.
L.Ə.
www.oxu.az