İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mağazalarda növbəti monitorinqlər keçirilib.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu monitorinqlər zamanı:
Bakının Səbail rayonunda: Salyan şosesi, 20-ci sahə dairəsində Asəf Məmmədbəyova məxsus mağazada; Ə.Yaqubov küçəsi, 8 ünvanında Diana Sədullayevaya məxsus mağazada;
Binəqədi rayonunda: M.Rəsulzadə qəsəbəsində, 2 ünvanında Ülkər Abasovaya məxsus mağazada; 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 1A ünvanında Hafiz Qəmbərliyə məxsus mağazada;
Sumqayıt şəhərində: 19-cu məhəllə, 17/138 ünvanında Müşfiq Novruzova məxsus mağazada; 12-ci mikrorayon, Çerkassi küçəsi, 35 ünvanında Natiq Şükürova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Abşeron rayonunda: Xırdalan şəhərində Mahir Hüseynova və Ələddin Tağıyevə məxsus mağazalarda;
Gəncə şəhərində: Atatürk prospektində Tural Nağıyevə məxsus mağazada;
Şirvan şəhərində: M.Rəsulzadə küçəsində Məhəmməd Məmmədova məxsus mağazada;
Biləsuvar şəhərində: H.Əliyev küçəsində Ruhiyyə Baxşəliyevaya və Səfərəli Səlimova məxsus mağazalarda;
Şabran şəhərində: H.Əliyev prospektində Rəhilə Zülfüqarovaya məxsus mağazada;
Xaçmaz rayonunda: Muxtadır qəsəbəsində Tuygünxanım Mirzəbəyovaya məxsus mağazada;
Şəki şəhərində: M.F.Axundov küçəsi, 35 ünvanında Şaiq Feyzullayevə məxsus mağazada;
Qax şəhərində: İ.Mustafayev küçəsində Adil Abbasova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Gülnarə Zeynalova
www.oxu.az