Azərbaycanda daha bir neçə mağazada vaxtı keçmiş məhsulların satıldığı aşkarlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Suraxanı rayonunda
- Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 4 ünvanında Nail Məmmədova məxsus mağazada;
Sumqayıt şəhərində
- İnşaatçılar qəsəbəsində Zöhrə Məmmədovaya məxsus mağazada;
- 10-cu mikrorayonda Aybəniz Bəkirovaya məxsus mağazada;
Şəmkir şəhərində
- 20 Yanvar küçəsində Elvin Hacıyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nizami rayonunda
- E.Süleymanov küçəsi, 57 ünvanında Fatma Əliyevaya məxsus mağazada;
- B.Nuriyev küçəsi, 65 ünvanında Ramil Ziyəddinova məxsus mağazada;
Suraxanı rayonunda
- Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində Paşa Əliyevə məxsus mağazada;
Sumqayıt şəhərində
- 12-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində Eldəniz Məmmədova məxsus mağazada;
Zaqatala şəhərində
- Şeyx Şamil küçəsində Muxtar Quliyevə məxsus restoranda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nizami rayonunda
- R.Rüstəmov küçəsində Yuri Yevsyutinə məxsus mağazada;
Şəmkir şəhərində
- S.Vurğun küçəsi, 166 ünvanında Sənan Novruzova məxsus mağazada;
Ağstafa şəhərində
- H.Əliyev prospekti, 92 ünvanında Teymur Məmmədova məxsus mağazada;
Beyləqan şəhərində
- S.Qazıyeva küçəsində Cəmil Nəsirova məxsus mağazada;
Şəki şəhərində
- M.Müşfiq küçəsində Təbriz Süleymanova məxsus mağazada;
Tərtər şəhərində
E.Hüseynov küçəsində Fuad Ağayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.