Yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 18.00-dək Bakının Sabunçu, işlər başa çatanadək isə Binəqədi, Nizami və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bu gün həmçinin saat 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl” və “Mehdiabad'”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir SES” qazpaylama stansiyalarında təmir işləri ilə əlaqədar Şəmkir rayonunun Kür SES qəsəbəsi, Mahmudlu, Qapanlı, Yuxarı keçili, Aşağı keçili, Yuxarı bitli, Aşağı bitli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhərinin Yasamal və Abşeron rayonunun Mehdiabad qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.