“Bulla-dəniz” yatağında 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 6 saylı stasionar dəniz özülünün tikinti-quraşdırma işlərinin bu ilin may ayında başa çatdırılması nəzərdə tutulur.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Özüldən sutkada 600 ton kondensat və 2 milyon kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. İndiyədək müasir standartlara cavab verən və hər birinin çəkisi 160 ton olan 11 ədəd dayaq bloku quraşdırılıb. Hazırda qazma qurğusunun yerləşdirilməsi üçün hidrotexniki hissədə son tamamlama işləri aparılır.
Qeyd edək ki, ərazidə tikinti-quraşdırma işlərinə 2014-cü ilin oktyabr ayında başlanılıb.