Azərbaycan İsrail ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək.
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İsrail Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz və İsrailin dövlət qurumunda kibertexnologiyalar və kompüter proqramları departamentinin rəhbəri İris Zur Bargury ilə görüşüb.
Tədbirdə İris Zur Bargury İsrail təhsilində tətbiq edilən kiber və kompüter proqramlarından söz açaraq, bu sahədə qazandıqları uğurlu təcrübələri Azərbaycanla bölüşməyə hazır olduqlarını söyləyib.
“Kibertəhlükəsizlik aktual mövzu olduğundan bu sahənin gələcək əməkdaşlıq istiqamətlərində yer alması zəruridir”- deyə, tədbir iştirakçıları bildirib.