Paşa Kəsəmənski “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi təyin edilib.
AZAL-ın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, o, iyunun 2-dən vəzifəsinin icrasına başlayıb.
P.Kəsəmənskinin Azərbaycan mətbuatında böyük iş təcrübəsi var. O, bu vəzifəyə təyin edilməzdən əvvəl Trend İnformasiya Agentliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.
E.Ə.
www.oxu.az