Cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Yağlıvənd kəndinin içməli su problemi öz həllini tapıb.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən bildirilib.
Azərsu bildirir ki, Yağlıvənd kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2014-cü ilin payızında başlanılıb.
Layihə çərçivəsində 1 ədəd subartezian quyusu qazılıb, 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilib.
Kənd daxilində 17 yerdə bulaqlar quraşdırılıb. Layihənin icrasının başa çatması nəticəsində 1650 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.
Ülviyyə R. Əli
www.oxu.az