Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək
“Keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə doqquz kənd, bir qəsəbə, üç şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Bu yaşayış kompleksləri insanların qayıdışlarına töhfə olacaq”.
APA xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Qarabağ və Şəri Zəngəzur yaşıl enerji zonasıdır, artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas prioritetdir:
“Bu istiqamətdə böyük işlər aparılır. Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək”.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Səhiyyə Nazirliyi bölgələrdə kardioloji müayinələr keçirib
- Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub
- Keçmiş döyüşçü: "Allah bundan sonra balalarımıza müharibə qismət eləməsin"
- Cəbrayıla qayıdan sakin: "Ən böyük arzum sülh içində yaşamaqdır"
- Cəbrayıl şəhərinə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib