Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cina Valderrama: "Qlobal Şimalın ayıracağı milyardlar, sadəcə, qırıntılardır"
"250 milyard dollar, sadəcə, qırıntılardır. Qərb və xüsusilə Avropa iqlim maliyyələşməsinə ona görə az məbləğ ayırırlar ki, onlar öz öhdəliklərinə, məsuliyyətlərinə və dünyaya, xüsusilə də Qlobal Cənuba verdikləri ekoloji borca ciddi yanaşmırlar".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan iqlim və gender ədaləti istiqamətində çalışan kolumbiyalı vəkil, feminist Cina Marsela Kortes Valderrama deyib.
O əlavə edib ki, inkişaf etmiş ölkələr təmsil etdiyi qruplara tələb olunanı vermirlər:
"Qlobal Cənubun Latın Amerikası, Afrika və digər bölgələrində əraziləri istismar edən və talana məruz qoyan eyni sistemin təkrarlandığını görürük.
250 milyardla biz, həqiqətən də, bir şey edə bilmərik. Əgər inflyasiyanı, digər böhranları, "Katrina" qasırğası və digər ekstremal hadisələrlə bağlı gördüyümüz təcili cavab tədbirlərini nəzərə alsaq, bunun, əslində, lazım olanın məbləğin cüzi bir hissəsi olduğunu başa düşərik.
Hökumətlər, bəlkə də, bir neçə milyard artırmaqla bizi aldada bilərlər, amma bu, sadəcə, bir neçə milyard məsələsi deyil, bu, çox ehtiyac duyulan və təcili tələb etdiyimiz trilyonlar məsələsidir".
Cina Valderramanın fikrincə, Ursula fon der Lyayen, Emmanuel Makron və digər özlərini dünya liderləri kimi təqdim edən və ya belə hesab edilən liderlər uğursuz oldular:
"Onlar xalqın ehtiyaclarına, həqiqətən, cavab vermədikləri üçün bu məkanda olmaya bilərlər. Onlar digər məkanlarda, korporativ mənimsəmənin digər sistemlərini qidalandıra bilərlər. Düşünürəm ki, bu məkanda biz Qlobal Şimala, xüsusilə də Avropa İttifaqı ölkələrindən olan liderlərə etimadın sarsıldığını gördük.
Elə etmək lazımdır ki, bu etimad hazırda gördüyümüz təzyiq və bərbad davranışla tamamilə batmasın".
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
- "ACWA Power" 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib