Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
COP29-un Təşkilat Komitəsinin tərkibinə dəyişiklik edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncamda qeyd olunur:
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilsin:
“Təşkilat Komitəsinin sədri
Samir Nuriyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri:
Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri
Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Emin Əmrullayev - Azərbaycan Respublikasının elm və təhsil naziri
Hikmət Hacıyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri
Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Arif Səmədov - Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Nigar Arpadarai - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Vüqar Əhmədov - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Ruslan Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Aygün Əliyeva - Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru
Səbinə Əliyeva - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)
Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Sevinc Fətəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
İlhamə Qədimova - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Anar Quliyev - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüqar Qurbanov - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Bahar Muradova - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Zəkiyyə Mustafayeva - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Balababa Rzayev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Samir Rzayev - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Firuzə Sultanzadə - “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri
Umayra Tağıyeva - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Mariana Vasileva - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Səadət Yusifova - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini”.
"Anar Ələkbərov" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində
- Heydər Əliyev Mərkəzində "Yenidən doğulmuş gözəllik" adlı sərgi açılıb
- Heydər Əliyev Mərkəzində "Yer kürəsi uşaqların gözü ilə" fotosərgisi açılıb
- COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib