Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat: "Torpaqların icarə haqları azaldıla bilər"
"Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Belə ki, gələn aydan etibarən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq:
"Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunurlar. Digər tərəfdən, bu, sahibkarların xərcləri ilə yanaşı, torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18 faizlik vergi də nəzərə alınaraq, tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq, tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu, torpaqların icarə haqlarının aşağı düşməsinə səbəb ola bilər".
"Bütövlükdə, bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək", - deyə deputat əlavə edib.
"Vergi Məcəlləsi" teqi üzrə xəbərlər
- Vergi bəyannaməsi necə təqdim edilir?
- Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir
- Parlament Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlərə "hə" dedi
- Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq
- Vergi Məcəlləsindəki dəyişikliklər III oxunuşda qəbul edildi: Əsas məsələ ƏDV-dir