Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bütün növ ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi üçün göstəriləcək bank xidmətlərinin satın alınmasına dair yeni tender elan olunub.
Oxu.Az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 28.02 milyon manat təşkil edir.
Şərtlərə görə, 2026-cı ilin yanvar-dekabr aylarında DSMF tərəfindən icra olunacaq ödənişlərin ümumi sayı 5.6 milyard ədəd, yəni bankların karta köçürmə üzrə xidmət haqqı təklifi proqnozlaşdırılır.
Müsabiqəyə gələn il fevralın 4-də yekun vurulacaq.
Elmidar Əliyev