Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yerli otellərin turistlərin qəbulu üzrə məhdud imkanları olduğunu etiraf edib.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyinə görə, qarşıdan gələn 5 il ərzində ölkəyə gələn turistlərin sayının hər il 3,5-4 milyon nəfər artacağı planlaşdırılır.
“2011-ci ildə Azərbaycana 400 min turist səfər edib, onların sayı indi 2,5 milyon nəfərə çatıb. Turistlərin sayı ən çox son 10-12 ildə artıb, və biz artıq 50-100% artım gözləməməliyik, belə ki, bizim otellər hal-hazırda 5 milyon turisti qəbul etməyə hazır deyillər”, - nazir deyib.
Onun sözlərinə görə, bu problemin həlli sahibkarların üç ulduzlu otellərin tikilməsində iştirak etməsi olardı, belə ki, hal-hazırda fəaliyyət göstərən obyektlərin əksəriyyəti 4-5 ulduzlu otellərdir.