Yay yalnız sadə insanlar üçün yox, eləcə də yüksək vəzifəli siyasətçilər üçün də məzuniyyət mövsümüdür.
Oxu.Az siyasi xadimlərin tətillərini əks etdirən foto-qalereyanı təqdim edir:
1. Vladimir Putin Tıvada məzuniyyətdə (Sibir vilayəti), 2009.

2. Dmitri Medvedev Volqada istirahətdə, Həştərxan vilayəti 2001.

3. Almaniya kansleri Angela Merkel həyat yoldaşı İoahim Zauerlə Sant-Anjelo d`İskiyanın termal sularında (İtaliyanın cənubu), 2013.

4. ABŞ prezidenti Barak Obama məzuniyyətinin ilk günündə qolf oynayarkən. Massaçusets ştatı, ABŞ, 2013.

5. İspaniya kralı Felipe yoldaşı Letisiya və qızları Leonor və Sofiya ilə yay tətili zamanı Palma-de-Mayorkada, 2009.

6. Nikolya Sarkozi Karla Bruni ilə Giza piramidalarına səyahət zamanı. Misir. 2007.

7. Uels şahzadəsi Çarlz oğlanları Harri (solda) və Uliyam (sağda) İsveçrə kurortu Klosters yaxınlığında, 2005.

8. Böyük Britaniyanın baş naziri Devid Kemeron yoldaşı Samanta ilə Kornuollda məzuniyyətdə. İngiltərə, 2010.

9. Yaponiyanın vəliəhd şahzadəsi Naruxito, yoldaşı Masako və qızı şahzadə Ayko ilə Şiosay parkında karpları yemləyirlər, 2012.

10. Belçika kralı Filipp oğlanları Qabriel və Emmanuel ilə Ye adasında istirahətdə. Fransa, 2013.

11. Danimarka kraliçası Marqaret əri Henriklə öz rezidensiyasında, Fransanın cənubi-qərbi. 2008.

12. Niderlandiya kralı Villem-Aleksandr anası Beatriks, yoldaşı Maksima və qızları Katarina-Amaliya və Aleksiya ilə Tavernell rezidensiyasında yay tətilində. İtaliya. 2006.

13. Fransa prezidenti Fransua Olland və Valeri Triyerveyler istirahətdə, 5 avqust 2012.

14. Kim Çen In ilə yaxın dost olan Dennis Rodman Şimali Koreya rəhbərinin istirahətini “yeddi ulduzlu” əyləncə və sonsuz kokteyllərlə, şəxsi adasının sahillərində hidrosikllərdə və gözəl yaxtalarda gəzintilərlə təsvir etdi.

15. İran prezidenti Həsən Ruhani dağlarda gəzintidə.

16. Bəşər Əsəd vaxtını ailəsi ilə keçirir.

17. Petr Poroşenko ailəsi ilə İspaniyada istirahətdə.
