İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlər arasında ticarətin təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu üzərində iş başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ECO-nun baş katibi Əsəd Məcid Xan Şuşa şəhərində keçirilən təşkilatın altıncı biznes forumunda bildirib.
O qeyd edib ki, sənəd 2025-ci il iyun 25-dən imzalanmağa hazırdır.