İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu əkinçiliyin inkişafı layihəsi üzrə 175 min manat güzəştli kredit verib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
O qeyd edib ki, vəsait Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkar Murad Həsənova ayrılıb.
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkar Murad Həsənov əkinçiliyin inkişafı layihəsi üzrə 175 min ₼ #güzəştlikredit əldə edib.#EconomyAz #SİF pic.twitter.com/HXaCLoQGic
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 20, 2023