Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) hasilatın artıırlması ilə bağlı qərar qəbul edibsə, bu o deməkdir ki, başda başda Səudiyyə Ərəbistanı olmaqla, əsas hədəf ABŞ-a tuşlanıb. Çünki bazara neftin qiymətləri ilə bağlı ən çox təsir edən ölkə ABŞ-dır. Hasilatın artması nəticəsində neft qiymətlərinin azalması bir o qədər sürətlənəcək.
Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban OPEK-in hasilatı artırılması ilə bağlı yekun qərarını şərh edərkən deyib.
“Neftin qiymətlərinin aşağı düşməsi nəticəsində ABŞ-dakı aşağı rentabelli yataqlar və quyular bir müddətdən sonra hasilat fondundan çıxrılacaq. Hasilat fondundan çıxarıldıqdan sonra, artıq bazarda neftin süni qıtlığı yaranacaq. Bundan sonra neftə olan tələbat yüksəlməlidir. Neftdə tələbat yüksələndə isə neftin qiyməti artmalıdır. Onların məntiqi bunu deyir”, - deyə energetika üzrə mütəxəssis qeyd edib.
Ekspert bildirib ki, neftin qiymətləri 30 dollardan 50 dollaradək bahalaşa və yenidən 45 dollara düşə bilər:
“Ancaq bir məsələ var, ABŞ –da hasilatın son 3 il yarımda bir milyon bareldən yüksək olması şist neftin hesabına baş verib. Şist neft yataqları isə çox qısa müddət ərzində, yəni 2 həftə müddət ərzində bu quyuları yenidən işə salmalı olur. Yəni, ənənəvi yataqlardan fərqli olaraq onları 3 aya deyil, 2 həftəyə geri qaytarmaq mümkün olur.
2016-cı ilin ortasında neftin qiyməti təqribən 30 dollara düşə bilər, bunun nəticəsində ABŞ-da şist neft yataqları sıradan çıxıb, bundan sonra neft yenidən yüksəlməyə başlayır 50 dollara. Neftin qiyməti 50 dollara yüksələn kimi bir müddətdən təqribən 2 aydan sonra həmin yataqlar gündəmə gəlir. Həmin yataqlar gündəmə gəldikdən sonra neftin qiyməti 50 dollardan 45 dollara düşür”.
Mütəxəsisi hazırki qərarın 2016-cı il üçün gözlənilən effekti verməyəcəyini qeyd edib.
İ.Şaban bir daha vurğulayıb ki, neftin qiymətləri qısamüddətli dövrü üçün ucuzlaşacaq:
“Neft qısamüddətli dövr üçün ucuzlaşacaq. Artıq bir çox iri şirkətlər gələn il üçün özlərininin büdəcəsini artıq 40 dollardan yuxarı olmamaq şərti ilə müəyyən ediblər”.
Qeyd edək ki, Bloomberg agentliyi yayıb ki, təşkilat cümə günü keçirilən iclasın yekunlarına görə, OPEK neft istehsalatının kvotasını 1,5 milyon barel artıraraq gün ərzində 31,5 milyon barel səviyyəsində müəyyən edib.
Xatırladaq ki, artıq OPEK-in qərarı qiymətlərə təsir edib, Texas markalı neftin qiyməti 40 dollardan 39 dollara düşüb. Azlama Brent markalı neftin qiymətində də müşahidə olunur.
Ülviyyə R. Əli
www.oxu.az