Daha öncə məlumat verildiyi kimi Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi ilə əlaqədar gələn il üçün kommunal xidmətlərin qiymətinin artırılması nəzərdə tutulmur.
Məncə bunun üçün heç bir iqtisadi əsas yoxdur. Hətta beynəlxalq reytinq agentlikləri cari ilin əvvəlində, enerji daşıyıcılarının daxili bazarını təhlil edərkən, eləcə də hakimiyyətin tarixi davranışını öyrənərkən, qiymətlərin növbəti artımını 2017-ci ildən tez olmayacağı qərarına gəliblər.
Oxu.Az xəbər verir ki, bu sualı Azərbaycan Neft Tədqiqatları Mərkəzinin direktoru İlham Şaban şərh edib.
Ekspertin sözlərinə görə, onlar bu təhlil zamanı Azərbaycanı qonşu MDB ölkələri ilə müqayisə ediblər.
“Bizdə Azərbaycanda bəzi iqtisadçılar, bu vəziyyəti şərh edərkən, tez-tez “MDB ölkələrində yaşayış-kommunal xidmətlərin qiymətləri tez-tez qalxır, Azərbaycanda isə bu, 5-6 ildən bir olur” fikrini bildirirlər. Amma bu ilk baxışda belədir.
İş ondadır ki, bu ölkələrdə hətta hər il artsa da bu 4-5% səviyyəsində olur.
Azərbaycanda isə keçən il yanacağa olan qiymətlər orta hesabla 32% artıb. Onlar 6 il ərzində dəyişməyib. 2006-cı ildə elektroenerjinin qiyməti 300% artıb. “Azərenerji” öz hesabına elektrik stansiyaları tikmir: praktiki olaraq bütün stansiyalara dövlət büdcəsi hesabından sərmayə qoyulub. “Azərenerji” 1000 kubmetr qazı 80 manata əldə edir, əgər adətən 1000 kubmetr qazı 1000 dollara alan və 1 kVt/s 0,15 avroya satan Avropa istilik-elektrik stansiyaları ilə müqayisə etsək bu, çox ucuz qiymətdir. Bütün bunlar rentabellidir. Avropa enerji istehsalçılarının təbii qazı 7 dəfə baha alaraq və Azərbaycandan 2,5 dəfə baha satdıqları aydın olur.
Onda nəyə görə, 2005-ci ildə dövlətin enerji sisteminin inkişafına 3 milyon investisiya ayırdığı və İEM-lərin bütün dünya standartlarına cavab verdiyi ölkəmizdə energetiklər “həyatın” maliyyə tərəfindən şikayət edirlər? Axı dövlət onlar üçün onsuz da “cənnət” şəraiti yaradıb...”, - İ.Şaban yekunlaşdırıb.
Gülnarə Zeynalova
www.oxu.az