"Hesabat ilində ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi əvvəlki illə müqayisədə 1.4% artaraq 129.1 milyard manat olub".
Oxu.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib.
Hökumət başçısı bildirib ki, qeyri-neft sektoru real ifadədə 2.7% artaraq 92.3 milyard manata çatıb:
"İqtisadiyyatda ümumi əlavə dəyərin 72%-i məhz qeyri-neft sektorunda yaranıb".
"Qeyri-neft-qaz sənayesində 5.5% artım olub. Neft-qaz sektorunda 1.6% azalma olub. Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub", - deyə Ə.Əsədov vurğulayıb.
Mərahim Nəsib