"İcrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdə tutulan 2 GVt civarında sənayemiqyaslı səkkiz Günəş və külək elektrik stansiyası üzrə təxminən, 2.8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiyanın cəlb edilməsi iqtisadi artıma töhfə verməklə yanaşı, yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşuna dair müzakirədə bildirib.
"Xəzər - Qara dəniz - Avropa" və "Mərkəzi Asiya - Azərbaycan" yaşıl enerji dəhlizlərinin yaradılması üzrə sazişlərin imzalanması və bu istiqamətdə işlərə başlanması strateji enerji qovşağı olan ölkəmizin etibarlı enerji ixracatçısı və yaşıl investisiyalar məkanı kimi rolunu daha da gücləndirəcək", - nazir əlavə edib.
Mərahim Nəsib