Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ərdoğan: Dolların yüksəlişi valyutaya sui-qəsd cəhdi idi
Türkiyə Mərkəzi Bankının müstəqilliyinin nəticəsini görəcəyik.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın faiz artımı qərarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, valyutanın sabitləşəcəyini gözlədikləri halda, əks vəziyyətlə üzləşiblər:
“Dolların məzənnəsi məntiqlə izah edilməyəcək dərəcədə yüksəldi. İlin əvvəlində 3,8 lirə təşkil edən dollar aprel ayında 4 lirəyə, iyun ayında 4,6 lirəyə qədər bahalaşdı. Bura qədərini anladıq.
Dolların lirəyə nisbətdə məzənnəsinin avqust ayındakı yüksəlişi valyutaya sui-qəsd cəhdi idi. ABŞ administrasiyası suveren hüquqlarımıza hörmətsiz davranır. Türkiyə qəbilə dövləti deyil, hüquqi dövlətdir”.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Rəcəb Tayyib Ərdoğan: "Dövlət Bağçalı ilə aramızda heç bir fikir ayrılığı yoxdur"
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
- "Haber Global": "Türkiyənin COP29-dakı stendi böyük diqqət çəkir"
- Ərdoğan G20 liderlərinin sammiti üçün Braziliyaya gedir
- Haber Global: "Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi"