Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ərdoğan "STAR" NEZ-in ixracat çempionu mükafatını Rövşən Nəcəfə təqdim edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə "2023-cü il ixracat çempionları"nın mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az bildirir ki, bu barədə SOCAR məlumat yayıb.
Qeyd olunub ki, mərasimdə Türkiyədə ötən il ərzində ən çox ixracat həyata keçirən ilk 10 şirkətə mükafatlar təqdim olunub.
Qeyd edək ki, TİM tərəfindən açıqlanan "2023-cü il ixracat çempionları" siyahısına əsasən, qardaş ölkənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan "SOCAR Türkiyə"nin "STAR" Neft Emalı Zavodu (NEZ) Türkiyə üzrə ümumi məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb.
"STAR" NEZ, həmçinin "Kimyəvi maddələr və məhsullar"ı kateqoriyası üzrə birinci olub. Prezident Rəcəb Tayyib Ərdoğan "STAR" NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib. "STAR" NEZ-in "Kimyəvi maddələr və məhsullar"ı kateqoriyası üzrə birincilik mükafatı isə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat tərəfindən SOCAR prezidentinə təqdim olunub.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamına əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir.
Hər iki ölkənin enerji sektorunun inkişafına töhfə vermək istiqamətində əzmlə fəaliyyət göstərən SOCAR-ın Türkiyədəki fəaliyyəti qardaş ölkə tərəfindən daim dəstəklənir. Təqdim olunan mükafatlar SOCAR-ın Türkiyədəki fəaliyyətinə verilən yüksək dəstəyin və önəmin bariz nümunəsidir.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- "SOCAR Green" və "PowerChina" şirkətləri Anlaşma Memorandumu imzalayıblar
- Hesablama Palatası: "SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq"
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"