Son günlər Azərbaycanda manatın məzənnəsinin ucuzlaşması ilə əlaqədar bəzi mağazalarda, satış nöqtələrində qiymətlərin süni artırılması müşahidə olunur.
Belə ki, dolların bahalaşmasını əsas gətirən bəzi işbazlar xərclərinin artdığını və bununla əlaqədar bahalaşmaya getdiklərini bildirirlər.
Lakin rəsmi dövlət strukturları süni bahalaşmaya qarşı sərt tədbirlər görüləcəyini bəyan edərək, işbazları bu əməldən çəkinməyə çağırırlar.
Öz növbəsində Bakının ən böyük marketlər şəbəkəsi olan Favorit Marketdən Oxu.Az-a verilən məlumata görə, satış şəbəkəsi dolların ucuzlaşması ilə bağlı qiymətlərdə heç bir dəyişiklik etməyib.
“Hazırda satışa çıxardığımız məhsulların qiymətləri manatın ucuzlaşmasından əvvəl olan qiymətlərlə tam şəkildə üst-üstə düşür, yəni, heç bir bahalaşma yoxdur. Müştərilərimiz Favorit Marketə gələrək, əvvəlki kimi, həmin qiymətlərlə alış-veriş edə bilərlər. Favorit marketlər şəbəkəsi heç bir süni bahalaşmaya getməyib və getməyəcək”.
Şirkət rəsmisi həmçinin Favorit marketlər şəbəkəsinin ünvanlarını təqdim edərək, alıcıları mağazaya gəlməyə və heç bir qiymət artımının olmadığını öz gözləri ilə görməyə dəvət edib:
Favorit Market ünvanları:
1. Binəqədi rayonu, Mircəlal küçəsi 59K
2. Binəqədi qəsəbəsi, 2-ci mədən, 52-ci korpus
3. Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, məhəllə 574
4. 7-ci mikrorayon, Mikayıl Əliyev küçəsi 22
5. M.Ə. Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 157
Bakının Cəfər Xəndan küçəsi-19A ünvanında və Hüseyn Cavid prospekti 17, Glass Plaza əyləncə və Ticarət mərkəzində yerləşən SAVİO supermarketlər şəbəkəsindən isə bildiriblər ki, ticarət mərkəzi süni qiymət artımına getməyib, hazırda satışda olan məhsulların qiyməti əvvəlki kimi sabit saxlanılıb, heç bir bahalaşma yoxdur.