ATƏT-in cari sədri, Serbiyanın XİN rəhbəri İvitsa Daçiç bəyan edib ki, Dağlıq Qarabağda vəziyyətə dair hesabatla BMT-nin Təhlükəsizlik Şurası qarşısında çıxış edib.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, İ.Daçiç bəyan edib:
“Qarabağda baş verən son hadisələr məni narahat edir. Ötən ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlara baxmayaraq, biz vəziyyətin kəskin pisləşməsini və siyasi vəziyyətin yavaşlamasını müşahidə edirik”.
Onun sözlərinə görə, Serbiya ATƏT-də öz sədrliyi dövründə Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesinin davamına və uzun müddətli tənzimləməyə gətirib çıxaracaq yolları axtarmağa istiqamətlənmiş səylərini dəstəkləməyə davam edəcək.
“Mən yaranan vəziyyəti Ermənistan və Azərbaycan XİN ilə müzakirə etmişəm və regiona nəzərdə tutulmuş səfər çərçivəsində dövlət başçıları ilə görüşlərim zamanı bu səyləri davam etdirməyə niyyətliyəm”, - ATƏT-in cari sədri qeyd edib.